İngiltərə Premyer Liqası klublarından 748 test götürülüb, 6 yoluxma qeydə alınıb

İngiltərə Premyer Liqası klublarından 748 test götürülüb, 6 yoluxma qeydə alınıb
# 19 may 2020 22:36 (UTC +04:00)

İyunun ilk yarısında bərpası planlaşdırılan İngiltərə Premyer Liqası klublarının test nəticələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ümumilikdə 748 nəfər koronavirus testindən keçib və yalnız 6-da virusa yoluxma halı müşahidə olunub.

Həmin şəxslərin kimliyi açıqlanmasa da, ümumilikdə 3 klubda çalışdıqları müəyyənləşib. Onların futbolçu, yoxsa klub işçisi olduqları da məlum deyil. Virusa yoluxanlar karantinə alınıb.

Qeyd edək ki, Premyer Liqanın iyunun 12-13-də bərpa olunması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR