İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 10 hücumçusu açıqlanıb

İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 10 hücumçusu açıqlanıb
# 01 aprel 2021 14:45 (UTC +04:00)

İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 50 hücumçusunun adı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ “Arsenal”ın əfsanəvi qolçusu Tyerri Anri başçılıq edir.

Onu “Nyukasl”dakı çıxışı ilə tanınan Alan Şirer izləyirsə, ilk “üçlüy”ü “Mançester Yunayted”in əfsanəvi qolçusu Ueyn Runi qapayır.

Bir çox dünya ulduzunun düşə bilmədiyi siyahının ilk “10-luğ”u belədir:

1. Tyerri Anri
1999-2012-ci illər
Klubu: “Arsenal”
258 oyun, 175 qol, 74 assist

2. Alan Şirer
1992-2006-cı illər
Klubları: “Bləkbörn”, “Nyukasl”
441 oyun, 260 qol, 64 assist

3. Ueyn Runi
2002-2018-ci illər
Klublar: “Everton”, “Mançester Yunayted”
491 oyun, 208 qol, 103 assist

4. Serxio Aquero
2011-ci ildən bəri
Klubu: “Mançester Siti”
271 oyun, 181 qol, 46 assist

5. Dennis Berqkamp
1995-2006-cı illər
Klubu: “Arsenal”
315 oyun, 87 qol, 94 assist

6. Eric Cantona
1992-1997-ci illər
Klubları: “Lids”, “Mançester Yunayted”
156 oyun, 70 qol, 56 assist

7. Endi Koul
1993-2008-ci illər
Klubları: “Nyukasl”, “Mançester Yunayted”, “Bləkbörn”, “Fulhem”, “Mançester Siti”, “Portsmut”, “Sanderlend”
414 oyun, 187 qol, 73 assist

8. Robin van Persi
2004-2015-ci illər
Klubları: “Arsenal”, “Mançester Yunayted”
280 oyun, 144 qol, 53 assist

9. Didye Droqba
2004-2015-ci illər
Klubu: “Çelsi”
254 oyun, 104 qol, 54 assist

10. Harri Keyn
2012-ci ildən bəri
Klubları: “Tottenhem”, “Norviç”
237 oyun, 160 qol, 33 assist

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR