İngiltərə Premyer Liqası vaxtından əvvəl tamamlanmayacaq

İngiltərə Premyer Liqası vaxtından əvvəl tamamlanmayacaq
# 08 aprel 2020 22:01 (UTC +04:00)

İngiltərə Premyer Liqası mövsümü vaxtından əvvəl başa çatdırmaqla bağlı qərar qəbul etməyib.

Apasport.az saytının məlumatına görə, yarış təşkilatçıları "Udineze"nin idman direktoru Pyerpaolo Marinonun bu barədə iddialarını təkzib edib.

Marino söyləyib ki, İngiltərədə koronavirus pandemiyası ilə bağlı vəziyyət ağırlaşdığından, çempionat bərpa olunmayacaq. Lakin Premyer Liqa rəhbərliyi bunun yanlış açıqlama olduğunu vurğulayıb. Əksinə, qurum çempionatın may ayında bərpa edilməsi variantını nəzərdən keçirir.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında mübarizə XXIX turdan sonra dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR