İngiltərə Premyer Liqasında azarkeşlərlə keçiriləcək ilk oyun dəqiqləşib

İngiltərə Premyer Liqasında azarkeşlərlə keçiriləcək ilk oyun dəqiqləşib
# 26 noyabr 2020 23:17 (UTC +04:00)

İngiltərə Premyer Liqasında cari mövsümün azarkeşlərlə keçiriləcək ilk oyunu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, turnirin təşkilatçıları martdan bəri ilk matçın dekabrın 5-də baş tutmasını qərara alıb.

Həmin gün “Vest Hem” Londonda “Mançester Yunayted”i qəbul edəcək. Premyer Liqa rəhbərliyi ilk olaraq məhz bu iki komandanın duelində 2000-ə yaxın fanatın tribunalara buraxılması barədə qərar verib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martdan bəri Premyer Liqa oyunları boş tribunalar önündə keçirilir. Dekabrdan etibarən isə Liverpul və Londondakı qarşılaşmalara məhdud sayda azarkeş buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR