İngiltərə Premyer Liqasında ilk qolsuz oyun 47-ci matçda qeydə alınıb

İngiltərə Premyer Liqasında ilk qolsuz oyun 47-ci matçda qeydə alınıb
# 19 oktyabr 2020 23:24 (UTC +04:00)

İngiltərə Premyer Liqasının V turunda keçirilən “Vest Bromviç” – “Bernli” oyunu 0:0 hesabı ilə başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu, cari mövsüm çempionatda ilk qolsuz bərabərlik olub.

Halbuki buna qədər mövsümün 46 matçının hamısında qapılara ən azı 1 qol vurulub. İlk qolsuz oyun 47-ci görüşə təsadüf edib ki, bu da Premyer Liqa tarixinin rekordu olub.

Qeyd edək ki, hazırda “Vest Bromviç” 2 xalla 17-ci, “Bernli” isə 1 xalla 18-ci pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR