İngiltərə Premyer Liqasında komanda sayında dəyişiklik olmayacaq

İngiltərə Premyer Liqasında komanda sayında dəyişiklik olmayacaq
# 18 fevral 2021 17:21 (UTC +04:00)

İngiltərə Premyer Liqasında komanda sayı dəyişdirilməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqanın icraçı direktoru Riçard Masters açıqlayıb.

O bildirib ki, yüksək divizionda komanda sayının 20-dən 18-ə endirilməsi ilə bağlı dolaşan xəbərlər həqiqəti əks etdirmir: “1995-ci ildən liqamızda 20 komanda iştirak edir. Almaniya Bundesliqası istisna olmaqla, digər ölkələrdə də bu modelə üstünlük verilir. İngiltərədə futbol təqvimi yüksək səviyyəli oyunlarla doludur. İndi 20 komanda ilə keçirilən Premyer Liqa görünən gələcəkdə də eyni sayda iştirakçı ilə təşkil olunacaq”.

Qeyd edək ki, Premyer Liqada komanda sayının azalması ilə yanaşı, Liqa kuboku və Superkubokun formatının dəyişdiriləcəyi iddia olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR