İngiltərə Premyer Liqasında virusa yoluxan hakimlər mövsümü başa vuracaq

İngiltərə Premyer Liqasında virusa yoluxan hakimlər mövsümü başa vuracaq
# 08 iyun 2020 17:18 (UTC +04:00)

İngiltərə Premyer Liqasının oyunlarını idarə edəcək hakimlər və onların köməkçiləri bu həftə ilk dəfə koronavirus testindən keçəcəklər.

Apasport.az saytının məlumatına görə, referilərdən test yaşadıqları evə yaxın olan klubun bazasında götürüləcək.

Hər hansı bir hakimin koronavirusa yoluxduğu aşkarlanarsa, o, mövsümün sonuna qədər təyinat almayacaq. Digərləri çempionatın bərpası ərəfəsində ikinci dəfə test verəcəklər.

Premyer Liqada çıxış edən klubların futbolçuları və işçilərindən isə 4-5 iyunda 1195 test götürülüb, heç kimdə virus tapılmayıb.

Qeyd edək ki, martda dayandırılan Premyer Liqa iyunun 17-də təxirə salınmış oyunlarla bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR