İngiltərə Premyer Liqasında yeni mövsümün nə vaxt başlayacağı açıqlanıb

İngiltərə Premyer Liqasında yeni mövsümün nə vaxt başlayacağı açıqlanıb
# 24 iyul 2020 17:47 (UTC +04:00)

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün başlayacağı tarix müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə yarışın rəsmi tvitter səhifəsi məlumat yayıb.

Bildirilir ki, növbəti mövsüm sentyabrın 12-də start götürəcək. Çempionat gələn ili mayın 23-də başa çatacaq.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 2019/20 mövsümdə sona 1 tur qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR