İngiltərə Premyer Liqasının başlama tarixi bilinib

İngiltərə Premyer Liqasının başlama tarixi bilinib
# 30 aprel 2020 18:01 (UTC +04:00)

İngiltərə Premyer Liqasının təxmini başlama tarixi müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Premyer Liqa rəhbərliyi iyunun 8-də oyunları bərpa etməyi planlaşdırır.

Sabah qurum rəhbərliyi videokonfrans keçirəcək və ardından bu məsələ klublara bildiriləcək. Hazırkı duruma əsasən yarışın bərpa tarixi 8 iyundur. Komandalara mayın 18-dən məşqlərə başlamaq icazəsi veriləcək.

Qeyd edək ki, İngiltərə Premyer Liqası XXIX turdan sonra koronavirus pandemiyasına görə dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR