İngiltərə Premyer Liqasının klublarına məşqə icazə verilib

İngiltərə Premyer Liqasının klublarına məşqə icazə verilib
# 25 may 2020 12:54 (UTC +04:00)

İngiltərə Premyer Liqasının klublarına təmaslı məşqlərə icazə verilib.

Apasport.az saytının məlumatına görə, Böyük Britaniya hökumətinin yeni qərarına əsasən, idman komandaları qruplarla birbaşa təmasda hazırlıq keçə bilər.

Bunadək koronavirus pandemiyası səbəbindən belə məşqlər qadağan olunmuşdu. Hazırda Premyer Liqa klublarında bu xəstəliyə yoluxma hallarının sayı 8-ə bərabərdir.

Qeyd edək ki, Premyer Liqanın iyunun ortalarında bərpa olunacağı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR