İngiltərə Premyer Liqasının klublarına yoxlama matçları keçirməyə icazə verilib

İngiltərə Premyer Liqasının klublarına yoxlama matçları keçirməyə icazə verilib
# 02 iyun 2020 22:08 (UTC +04:00)

Koronavirus pandemiyası səbəbindən dayandırılan İngiltərə Premyer Liqası bərpa olunmazdan əvvəl klublar yoxlama görüşləri keçirə biləcəklər.

Apasport.az saytının məlumatına görə, çempionat rəhbərliyi komandalara bununla bağlı icazəni verib.

Yoxlama oyunlarının keçirilməsində məqsəd rəsmi matçlardan əvvəl futbolçuların formaya düşməsi və tam uyğunlaşmasına kömək etməkdir. Görüşlər komandaların stadionlarında və ya məşq meydançalarında baş tuta bilər.

Premyer Liqa rəhbərliyi komandalara bunun reallaşması üçün bəzi şərtlər irəli sürüb. Məsələn, oyunun keçirildiyi yerdə komandalar saat yarımdan çox olmamalı, futbolçular hazır vəziyyətdə öz avtomobillərində gəlməli, hamının koronavirus testi mənfi çıxmalı, hakimlik funksiyalarını komandaların məşqçiləri yerinə yetirməlidir. Çünki qurum rəsmi hakimlərin yoxlama görüşlərinə yollanmalarına icazə verməyib.

Qeyd edək ki, martda dayandırılan Premyer Liqanın iyunun 17-də bərpa olunması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR