İngiltərə Premyer Liqasının oyunları 35 gün ərzində keçirilə bilər

İngiltərə Premyer Liqasının oyunları 35 gün ərzində keçirilə bilər
# 13 aprel 2020 17:18 (UTC +04:00)

İngiltərə Premyer Liqasının rəhbərliyi koronavirus pandemiyası üzündən dayandırılan mövsümün başa çatdırılması yollarını axtarır.

Apasport.az saytının məlumatına görə, qalan oyunların keçirilməsi üçün 35 gün lazım gələcək.

Qurum rəsmilərinin fikrincə, klublar həftədə 2 oyun keçirmək iqtidarındadır. Çempionatın mayın sonunda bərpa olunması gözlənilir.

Qeyd edək ki, Premyer Liqanın dayandırılması rəsmən aprelin 30-dək dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR