İngiltərə millisinin sabiq futbolçu vəfat edib

İngiltərə millisinin sabiq futbolçu vəfat edib
# 06 yanvar 2021 09:52 (UTC +04:00)

Avropa çempionatının bürünc mükafatçısı olan ingiltərəli sabiq futbolçu Kolin Bell vəfat edib.

Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin tanınmış siması 75 yaşında ölüb.

Klub bununla bağlı mərhumun ailəsinə başsağlığı verib. Bell 13 il formasını geyindiyi “Mançester Siti” ilə 1967/68 mövsümündə İngiltərə çempionluğunu qazanıb. Bu, “şəhərlilər”in 30 ildən sonra qazandığı çempionluq titulu olub. Komanda ondan sonra bir də 2011/12 mövsümündə qızıl medala sahib çıxıb. Bell həmçinin İngiltərə Kubokunun, Kuboklar Kubokunun, eyni zamanda iki dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.

Kolin Bell İngiltərə yığmasının heyətində 1968-ci ildə Avropa çempionatının da bürünc mükafatına sahib çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR