İngiltərədə iki çempionatı başa çatdırılıb

 İngiltərədə iki çempionatı başa çatdırılıb
# 09 iyun 2020 22:23 (UTC +04:00)

Koronavirus pandemiyası səbəbindən İngiltərədə iki futbol çempionatı başa çatdırılıb.

Apasport.az saytının məlumatına görə, Birinci və İkinci Liqada mövsüm vaxtından əvvəl bitib.

Qərar klub rəhbərliyi ilə keçirilən iclasdan sonra İngiltərə Futbol Liqası tərəfindən açıqlanıb. Klublar mövsümün bitməsinə səs verdiklərindən, təşkilatçılar turnir cədvəlindəki mövqelərə uyğun qalibləri müəyyənləşdirib.

"Koventri" və "Roterhem"in Birinci Liqadan Çempionşipə vəsiqə qazandığı açıqlanıb. İkinci Liqada isə ilk üç pillədə qərarlaşan "Suindon Taun", "Kryu" və "Plimut" Birinci Liqaya adlayıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının iyunun 17-də bərpa olunması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR