"İnter" İtaliya kubokunda yarımfinala vəsiqə qazanıb

"İnter" İtaliya kubokunda yarımfinala vəsiqə qazanıb
# 30 yanvar 2020 01:45 (UTC +04:00)

İtaliya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son matçda "İnter"lə "Fiorentina" qarşılaşıb.

"Cüzeppe Meatsa"da baş tutan oyunda "neradzurra" minimalhesablı qələbə qazanıb. Beləliklə, "İnter" yarımfinalda "Napoli"yə rəqib olub. Bu mərhələnin digər cütlüyündə isə "Yuventus"la "Milan" üz-üzə gələcək.

Yarımfinal mərhələsinin ilk oyunları fevralın 12-də, cavab qarşılaşmaları isə martın 4-də olacaq.

İtaliya kuboku
1/4 final
29 yanvar
"İnter" - "Fiorentina" - 2:1

Kandreva, 44; Barella, 67 - Kaseres, 60

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR