“İnter” sahibini dəyişir

“İnter” sahibini dəyişir
# 02 yanvar 2021 14:54 (UTC +04:00)

İtaliyanın “İnter” klubu sahibini dəyişir.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisinin sahibi Stiven Çjan klubu satmağa qərar verib.

O, “İnter”ın səhmlərinin satışı üçün müştərilərin tapmağı tapşırıb. İlkin mərhələdə kluba kiçik səhmdarların cəlb edilməsi nəzərdə tutulub. Lakin iş adamının klubun böyük hissəsini də satacağı istisna deyil.

Qeyd edək ki, Çjan 2016-cı ildən “İnter”in sahibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR