“İnter”in iki futbolçusunda koronavirus aşkarlanıb

“İnter”in iki futbolçusunda koronavirus aşkarlanıb
# 08 oktyabr 2020 00:04 (UTC +04:00)

İtaliyanın “İnter” klubunun iki futbolçusu koronavirus pandemiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisi məlumat yayıb.

Koronavirus testi pozitiv çıxanlar iki müdafiəçi – Milan Şkrinyar və Alessandro Bastonidir. Şkrinyardan Slovakiya yığmasında, Bastonidən isə İtaliyanın U-21 yığmasının düşərgəsində olarkən götürülən test pozitiv nəticələnib. Bu səbəbdən İtaliyanın U-21 millisi yenidən koronavirus testindən keçirilməli olacaq. Hər iki müdafiəçi karantinə alınıb.

Qeyd edək ki, “İnter” A seriyasında növbəti oyununu oktyabrın 17-də “Milan”a qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR