İnyesta vida matçı ilə karyerasını başa vuracaq

İnyesta vida matçı ilə karyerasını başa vuracaq
# 18 aprel 2020 14:26 (UTC +04:00)

Yaponiyanın "Vissel Kobe" klubunun futbolçusu Andres İnyesta karyerasını vida matçı ilə bitirmək arzusundadır.

Apasport.az saytının məlumatına görə, "Barselona"nın əfsanəvi yarımmüdafiəçisi hətta oyunun keçiriləcəyi yeri də müəyyənləşdirib.

O, "Barselona"nın heyətində ilk rəsmi matçına çıxdığı Albasete şəhərində bunun təşkilini arzulayır. Lakin 36 yaşlı orta sahə oyunçusu koronavirusla bağlı yaranmış vəziyyətin istəyinə mane ola biləcəyini istisna etməyib: "Bəli, xüsusi vida matçı arzulayıram. Bu, qeyri-adi olardı. Digər oyunçular da belə vida istəyərdilər. Alınıb-alınmayacağını bilmirəm. Təqvim indi hər kəs üçün çox çətindir, sıxdır. Bir çox oyunçunu eyni anda hazırlamaq asan deyil. Məkan olaraq debütümün baş verdiyi Albaseteni seçmək istərdim".

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Andres İnyesta 2002-2018-ci illərdə Kataloniya klubunun əsas komandasında çıxış edib. İspaniya millisinin sabiq üzvü "Vissel Kobe"yə iki il əvvəl keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR