İqor Mitreski: “Qarabağ” – “Sileks”  matçında hər şey aydındır”

İqor Mitreski: “Qarabağ” – “Sileks”  matçında hər şey aydındır”
# 10 avqust 2020 10:52 (UTC +04:00)

“Sileks” mənim əvvəlki komandamdır. Mən “Spartak”a oradan getmişəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin sabiq futbolçusu İqor Mitreski deyib.

Şimali Makedoniya millisinin sabiq müdafiəçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. Mitreski Azərbaycan çempionu “Qarabağ”ın Şimali Makedoniya təmsilçisi “Sileks”lə duelə barədə də danışıb: “Qarabağ” “Sileks”dən güclüdür. Düşünürəm ki, gözlənilməz bir şey olmayacaq. “Sileks”də bir neçə yığma səviyyəli oyunçu var. Digərləri isə daha gənc futbolçulardır. Bu matçda hər şey aydındır”.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” matçı avqustun 18-19-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR