İranda məşqçi koronavirusdan ölüb

İranda məşqçi koronavirusdan ölüb
# 16 mart 2020 22:08 (UTC +04:00)

İranda futbol məşqçisi koronavirus infeksiyasından ölüb.

Apasport.az saytının məlumatına görə, eyni zamanda futzal məşqçisi kimi də fəaliyyət göstərən Əhməd Taheri bu gün vəfat edib.

Taheri dörd ay əvvəl immunitet sistemini zəiflədən beyin şişi əməliyyatı keçirib. Koronavirusun ən çox yayıldığı üçüncü ölkə olan İranda indiyə qədər 853 ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, bu gün İspaniyada 21 yaşlı uşaq məşqçisi də koronavirus xəstəliyindən ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR