İrfan Canın “Fənərbaxça”ya keçidi rəsmiləşib - YENİLƏNİB

İrfan Canın “Fənərbaxça”ya keçidi rəsmiləşib - YENİLƏNİB
# 01 fevral 2021 01:35 (UTC +04:00)

“Fənərbaxça” “Başakşəhər”in futbolçusu İrfan Can Kahvecinin transferini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin keçidi “sarı-lacivərdlilər”ə 7 milyon avroya başa gəlib.

4,5 illik müqaviləyə imza atan futbolçunun gəliri bonuslarla birlikdə 9 milyon avroya yüksələ bilər. Klublar arasındakı anlaşmaya əsasən, “Fənər” gələcəkdə onu 11 milyon avrodan baha qiymətə satsa, məbləğin 20 faizi “Başakşəhər”ə çatacaq.

***

31 yanvar, saat 22:10

“Başakşhər”in yarımmüdafiəçisi İrfan Can Kahvecinin yeni komandası bəlli olub.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 26 yaşlı orta sahə oyunçusu “Fənərbaxça” ilə anlaşıb.

Bir müddət əvvəl “Qalatasaray”la şəxsi müqaviləni razılaşdıran Türkiyə millisinin üzvünü klubu daha sərfəli təklif verən “Fənərbaxça”ya satmaq qərarına gəlib. İrfan Can “sarı-lacivərdlilər”lə 3,5 illik sazişə qol çəkəcək. “Fənər”in yarımmüdafiəçisi Tolqa Ciyərci isə əks düşərgəyə üz tutacaq.

Qeyd edək ki, İrfan Can Kahveci “Başakşəhər”ə 2017-ci ildə “Gənclərbirliyi”dən keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR