İrfan Canın “Qalatasaray”a keçidi həll olunub

İrfan Canın “Qalatasaray”a keçidi həll olunub
# 21 yanvar 2021 16:43 (UTC +04:00)

Transfer çalışmalarını sürətləndirən “Qalatasaray” daha bir futbolçunu heyətinə qatıb.

Apasport.az saytının “Sabah” nəşrinə istinadən məlumatına görə, İstanbul təmsilçisi “Başakşəhər”in yarımmüdafiəçisi İrfan Canın keçidini həll edib.

26 yaşlı orta sahə oyunçusunu uzun müddətdir transfer etməyə çalışan “cim-bom” “Başakşəhər” rəhbərliyi ilə, nəhayət ki, ortaq məxrəcə gəlib. Razılığa əsasən, “sarı-qırmızılılar” keçid müqabilində 4,5 milyon avro ödəyəcək. Türkiyə millisinin üzvünün sonrakı satışından da “Başakşəhər” gəlir əldə edəcək. Oyunçu yeni komandası ilə 4,5 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, “Qalatasaray” bu gün İngiltərənin “Brentford” klubunun hücumçusu Halil Dərvişoğlunu heyətinə qatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR