İspan məşqçi “Milan”dan imtina edib

İspan məşqçi “Milan”dan imtina edib
# 10 aprel 2020 11:58 (UTC +04:00)

İtaliyanın “Milan” baş məşqçi postuna namizədlər sırasında olan mütəxəssislərdən biri A seriyası təmsilçisini çalışdırmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı məşqçi Marselino Toral İtaliya klubunun “sükanı arxası”na keçməkdən boyun qaçırıb.

“Valensiya”nın sabiq çalışdırıcısının belə addımına əvvəlki vəzifəsindən yeni kənarlaşdırılması səbəb olub. “Yarasalar”ı klub prezidenti Piter Lenqli ilə münaqişə səbəbindən postundan kənarlaşdırılan ispaniyalı mütəxəssis bir müddət istirahət etməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, indiki baş məşqçisi Stefano Piolini istefaya göndərmək niyyətində olan “Milan”ın bu posta namizədləri siyahısında daha bir ispaniyalı Unai Emeri, həmçinin almaniyalı Ralf Ranqnik də yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR