İspaniya La Liqası sentyabrda başlaya bilər

İspaniya La Liqası sentyabrda başlaya bilər
  • Clock-gray 22:43
  • calendar-gray 27 Mart 2020

İspaniya La Liqasında 2020-21 mövsümü sentyabrda başlaya bilər.

Apasport.az saytının məlumatına görə, La Liqa rəhbərliyi və İspaniya Futbolçular Assosiasiyası bu məsələni müzakirə ediblər.

Ancaq bununla bağlı qərar cari mövsümün bərpa müddətindən asılı olacaq. Əgər çempionat mayda bərpa olunarsa, oyunlar 2-3 gündən bir keçiriləcək. Təşkilatçılar belədə gələn mövsüm öncəsi oyunçuların qısamüddətli istirahət imkanı qazanacaqlarını da düşünür. 
Qeyd edək ki, İspaniya La Liqası XXVII tur matçlarından sonra dayandırılıb.

ApaSport

Digər xəbərlər