İspaniya Primerasının prezidenti: “Mövsümü bitirəcək və onu davam etdirməyəcəyik”

İspaniya Primerasının prezidenti: “Mövsümü bitirəcək və onu davam etdirməyəcəyik”
# 16 mart 2020 11:01 (UTC +04:00)

“Həftəsonu Avropa təşkilatları və İspaniya klublarının prezidentləri ilə danışdım. Həm telefon, həm də videokonfrans şəklində danışıqlarımız bizim üçün çox vacib idi. Qarşıdakı vacib həftə öncəsi işlərimizi koordinasiya etməliyik”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya Primerasının prezidenti Xavyer Tebas deyib.

Qurum rəhbəri koronavirus üzündən dayandırılan ölkə çempionatının taleyi və martın 17-də baş tutacaq UEFA-nın videokonfransına hazırlıq barədə danışıb: “Hazırda hər şey ona doğru gedir ki, biz mövsümü bitirəcək və onu davam etdirməyəcəyik. Bu həftə Avropada çox ciddi qərarlar qəbul oluna bilər. İtaliya, Almaniya və digər liqaların prezidentləri ilə əlaqə saxlayıram. Problemin həlli üzərində işləyirik. Koronavirus sağlamlıq məsələsidir və bunun üçün həkimlər var. Biz isə tezliklə yaranacaq iqtisadi məsələləri həll etməliyik”.

X.Tebas bildirib ki, baş verənlər qurumun büdcəsinə ciddi təsir edəcək: “Mən karantində deyiləm. Heç bir simptom yoxdur və testdən keçməmişəm. Bir neçə həftəlik planımız var və onu həyata keçiririk. Primeranın əməkdaşlarının artıq 95 faizi kənardan işləyir. İspaniyada 400 əməkdaşımız var. Ölkə xaricində olan işçilərimizi geri qaytarmalıyıq. Bu mövsümün oyunlarının yalnız 25 faizi keçirilməmiş qalıb. Biz büdcəyə də yenidən baxmalı olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR