İspaniya Superkubokunun püşkü atılıb

İspaniya Superkubokunun püşkü atılıb
# 17 dekabr 2020 16:46 (UTC +04:00)

İspaniya Superkubokunun püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, ötən yarışda olduğu kimi yenə 4 komanda mübarizə aparacaq.

Püşkün nəticəsinə görə, yarımfinal cütləri müəyyənləşib. Beləliklə, yanvarın 13-də “Real Sosyedad”la “Barselona” Kordobada, ertəsi gün isə “Real”la “Atletiko” Malaqada üz-üzə gələcəklər. Qalib komandalar Sevilyadakı final oyununa vəsiqə əldə edəcəklər. Həlledici görüş yanvarın 17-də baş tutacaq.

Qeyd edək ki, İspaniya Superkubokunun son qalibi finalda “Atletiko”nu penaltilər seriyası ilə məğlub edən “Real” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR