İspaniyada koronavirusa görə mövsümün son oyunu təxirə salınıb

İspaniyada koronavirusa görə mövsümün son oyunu təxirə salınıb
# 21 iyul 2020 09:45 (UTC +04:00)

İspaniya La Liqa2-də mövsümün son oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, axırıncı - 42-ci turun "Deportivo" - "Fuenlabrada" qarşılaşması koronavirus pandemiyası səbəbindən baş tutmayıb.

Matç günü qonaq komandanın 7 futbolçusunun koronavirus testinin pozitiv çıxdığı aşkarlanıb. Dərhal təcili toplantı keçirən İspaniya Kral Futbol Federasiyası və La Liqa rəhbərliyi oyunun təxirə salınmasını qərara alıb. Bildirilib ki, "Fuenlabrada"nın futbolçuları sağaldıqdan sonra görüş keçiriləcək.

Hazırda 20-ci pillədə qərarlaşan "Deportivo"nun bu matçın nəticəsindən asılı olmayaraq, aşağı liqaya düşəcəyi rəsmiləşib.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi "Albasete" mövsümü 52 xalla 17-ci pillədə bitirib və La Liqa2-də qalmağı bacarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR