İspaniyada məşqçi hakimə hücum etdiyi üçün 73 oyunluq cəzalanıb

İspaniyada məşqçi hakimə hücum etdiyi üçün 73 oyunluq cəzalanıb
  • Clock-gray 10:54
  • calendar-gray 20 Fevral 2021

İspaniyada gənclər komandası “Yuventud Los Karmenes”in məşqçisi Qonzalo Baraona Martin ağır cəzaya məruz qalıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb mütəxəssisin oyun zamanı hakimə hücum çəkməsi olub.

İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi bu davranışına görə məşqçini 73 oyunluq diskvalifikasiya edib. Hədə-qorxuya görə 13, texniki zonanı tərk etməyə və şiddətli davranışa görə 20, tibbi müdaxiləyə ehtiyacı olan hakimə hücuma görə isə 40 oyunluq sanksiya tətbiq edilib.

Qeyd edək ki, “Səbail”in məşqçisi Vüqar Məmməd Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la oyunda hakimi vurduğu üçün 20 oyunluq cəza almışdı.

ApaSport

Digər xəbərlər