İspaniyada tamaşaçılarla ilk oyun final matçı olacaq

İspaniyada tamaşaçılarla ilk oyun final matçı olacaq
# 06 dekabr 2020 12:07 (UTC +04:00)

İspaniya Kubokunda 2019/20 mövsümünün final oyunu azarkeşlərlə keçiriləcək.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən təxirə salınan matça tamaşaçıların buraxılması planlaşdırılır.

Avqustda “Atletik”lə “Real Sosyedad” arasında keçirilməli olan həlledici qarşılaşmanın boş tribunalar önündə olmasına adıçəkilən klublar razılıq verməmişdilər. İspaniya Kral Futbol Federasiyası 2021-ci il aprelin 4-də və ya 18-də Sevilyada baş tutması gözlənilən görüşə tamaşaçıları buraxacaq. Bu isə martda tətbiq edilən qadağadan sonra azarkeşlərlə oynanılacaq ilk görüş olacaq.

Qeyd edək ki, federasiya İspaniya Kral Kubokunun 2020/21 mövsümünün final görüşünün də Sevilyada təşkilini nəzərdən keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR