21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti oyununun yeri və vaxtı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveçrə - Azərbaycan matçı martın 26-da Sion şəhərində baş tutacaq.
Görüş “Stade de Tourbilion”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.