İtaliya A seriyası dayandırılıb

İtaliya A seriyası dayandırılıb
# 11 mart 2020 13:39 (UTC +04:00)

Futbol üzrə İtaliya çempionatının A seriyası dayandırılıb.

Apasport.az saytının məlumatına görə, bunu A seriyası öz tvitter səhifəsi vasitəsilə yayıb.

Məlumatda koronavirus səbəbindən dayandırılan turnirin tezliklə bərpa olunacağına ümidvar olunduğu bildirilir: “A seriyası rəsmən dayandırılır. Biz fasilə götürürük. Amma artıq qayıdışı gözləyirik. Hər şey yaxşı olacaq”.

Qeyd edək ki, çempionatın bir sıra oyunları təxirə salınıb, bəziləri azarkeşsiz keçirilib. İki gün öncə İtaliyanın baş naziri Cüzeppe Konte bütün idman tədbirlərinin dayandırılacağını açıqlayıb. Hazırda çempionatın necə başa çatdırılması variantları da nəzərdən keçirilir. Hazırki turnir cədvəlinə əsasən medalların verilməsi, yoxsa pley-offun təşkil edilməsi müzakirə mövzusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR