İtaliya A seriyasında 5 oyun təxirə salınıb

İtaliya A seriyasında 5 oyun təxirə salınıb
# 29 fevral 2020 15:53 (UTC +04:00)

İtaliya A seriyasında XXVI turun 5 oyunu keçirilməyəcək.

Apasport.az saytının məlumatına görə, İtaliya Futbol Federasiyası ölkədə koronavirusun yayılması səbəbindən bu gün və sabah oynanılmalı olan həmin matçları təxirə salmaq qərarına gəlib.

Bunlar "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - "Spal", "Sassuolo" - "Breşiya" və "Yuventus" - "İnter" qarşılaşmalarıdır. Federasiya həmin görüşlərin mayın 13-də keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, "Yuventus" hazırda 60 xalla turnir cədvəlinə başçılıq edir, "İnter" isə aktivindəki 54 xalla üçüncü pillədə qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR