İtaliya A seriyasında mövsümün ən yaxşısı açıqlanıb

İtaliya A seriyasında mövsümün ən yaxşısı açıqlanıb
# 28 sentyabr 2020 22:34 (UTC +04:00)

İtaliya A seriyasında ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Latsio”nun hücumçusu Çiro İmmobile 2019/20 mövsümünün ən yaxşısı adına layiq görülüb.

36 qolla A seriyasının bombardiri olan 30 yaşlı forvard həm də 9 məhsuldar ötürmə verib. Kubokun iki qarşılaşmasında meydan çıxan Çiro 1 dəfə fərqlənib. İmmobilenin hesabında Avropa Liqasında 4 oyunda 2 top var.

Qeyd edək ki, Çiro 2016-cı ildə “Sevilya”dan “Latsio”ya keçib. Onun transferi 9,45 milyon avroya başa gəlib. İmmobilenin müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR