İtaliya Futbol Federasiyası Roberto Mançinini postunda saxlayacaq

İtaliya Futbol Federasiyası Roberto Mançinini postunda saxlayacaq
# 22 mart 2021 10:49 (UTC +04:00)

İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Roberto Mançini ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis daha üç il komandanın sükanı arxasında qalacaq.

57-ci yaşlı çalışdırıcı bu il başa çatacaq sözləşməsini 2024-cü ilə qədər uzadacaq. Hazırda illik maaşı 2 milyon avro olan Mançininin yeni müqavilədən sonra məvacibi 3 milyon avroya yüksəldiləcək.

Qeyd edək ki, Roberto Mançini 2018-ci ildən Skuadra Adzurranı çalışdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR