İtaliya İdman Nazirliyi ölkə çempionatının dayandırılmasını tələb edib

İtaliya İdman Nazirliyi ölkə çempionatının dayandırılmasını tələb edib
# 08 mart 2020 16:15 (UTC +04:00)

İtaliya İdman Nazirliyi futbol üzrə ölkə çempionatının dərhal dayandırılmasını tələb edib.

Apasport.az saytının məlumatına görə, buna ölkədə yayılan koronavirus epidemiyası səbəb olub.

Nazirliyin bəyanatı A seriyasının “Parma” – “Spal” oyunu ilə eyni vaxta təsadüf edib. Bakı vaxtı ilə saat 15:30-da başlamalı olan görüşün də startı dayandırılıb.

Futbolçular oyuna çıxdığı vaxt verilən qərar üzündən onlar yenidən soyunub-geyinmə otağına qayıdıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR