İtaliya klubları koronavirusa görə 28,6 milyon avro itirəcəklər

İtaliya klubları koronavirusa görə 28,6 milyon avro itirəcəklər
# 07 mart 2020 00:07 (UTC +04:00)

İtaliya A seriyası oyunlarının azarkeşsiz keçirilməsi yarış iştirakçılarına baha başa gələcək.

Apasport.az saytının məlumatına görə, klublar bilet satışları ilə əlaqədar olaraq 28,6 milyon avro itirəcəklər.

Koronavirusun yayılması ilə əlaqədar qapalı qapılar arxasında keçiriləcək matçların biletlərinin və mövsümlük biletlərin məbləği azarkeşlərə geri qaytarılacaq. Ən çox ziyan "Yuventus"a dəyəcək. Turin təmsilçisi 12,3 milyon avro geri düşəcək. "Milan" 3,4 milyon, "İnter" isə 2,7 milyon avroluq ziyan görəcəklər.

Qeyd edək ki, koronavirus səbəbindən İtaliyada oyunlar bir ay boş tribunalar önündə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR