İtaliya kubokunda ilk yarımfinalçı "Napoli" olub

İtaliya kubokunda ilk yarımfinalçı "Napoli" olub
# 22 yanvar 2020 01:47 (UTC +04:00)

İtaliya kubokunda 1/4 final mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, mərhələnin ilk günündə bir görüş keçirilib.

A seriyasında uğursuz mövsüm keçirən "Napoli" ilk "üçlük"də qərarlaşan "Latsio"nu qəbul edib. Lorenzo İnsinyenin 2-ci dəqiqədə vurduğu yeganə qol neapolluları yarımfinala daşıyıb.

Sabah "Yuventus" "Roma" ilə qarşılaşacaqsa, mərhələnin digər iki qarşılaşması yanvarın 28-29-da baş tutacaq.

İtaliya kuboku
1/4 final mərhələsi
21 yanvar
"Napoli" - "Latsio" - 1:0

İnsinye, 2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR