İtaliya millisinin futbolçusu universitetə qəbul olduğu üçün karyerasını bitirib

İtaliya millisinin futbolçusu universitetə qəbul olduğu üçün karyerasını bitirib
  • Clock-gray 15:05
  • calendar-gray 22 Fevral 2021

İtaliyanın U-17 və U-18 millisinin futbolçusu Alessandro Arlotti karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, “Peskara”nın oyunçusunu buna vadar edən səbəb təhsilə üstünlük verməsi olub.

18 yaşlı Arlotti “Harvard” Universitetinə qəbul olunduğundan, təhsili peşəkar futboldan üstün tutub. “Peskara”dan ayrılan yarımmüdafiəçi universitetin futbol komandasında oynayacaq.

“Monako”nun yetirməsi olan hücumameyilli futbolçu ötən ilin yayında “Peskara”ya keçərək, peşəkar müqavilə imzalamışdı.

ApaSport

Digər xəbərlər