Xuan Laporta "Barselona"nın sabiq prezidentinin saxlanılmasını şərh edib

Xuan Laporta "Barselona"nın sabiq prezidentinin saxlanılmasını şərh edib
  • Clock-gray 17:13
  • calendar-gray 01 Mart 2021

“Bartomeunun həbsi “Barselona” üçün pis xəbərdir”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Barselona” klubunun sabiq prezidenti Xuan Laporta deyib.

O, digər sabiq prezident Xosep Bartomeunun polis tərəfindən saxlanılmasına münasibət bildirib: “Axı o, klub prezidenti olub. Gəlin rəsmi informasiyanı gözləyək və günahsızlıq prezumpsiyası prinsipinə əməl edək”.

Qeyd edək ki, Bartomeu, həmçinin icraçı direktor Oskar Qrau və hüquq şöbəsinin rəhbəri Roman Qomes Ponti həbs olunub.

ApaSport

Digər xəbərlər