Jorjinyo “Çelsi”də qalacaq

Jorjinyo “Çelsi”də qalacaq
# 25 iyun 2020 13:46 (UTC +04:00)

İngiltərənin “Çelsi” klubunun futbolçusu Jorjinyonun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Braziliya əsilli italiyalı yarımmüdafiəçi yeni müqaviləyə imza atacaq.

Bunu 29 yaşlı futbolçunun agenti Joao Santos açıqlayıb. O bildirib ki, Jorjinyo daha bir London klubunda qalacaq.

Qeyd edək ki, futbolçu 2018-ci ildən “Çelsi”nin formasını geyinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR