“Kalyari” baş məşqçisini dəyişir

“Kalyari” baş məşqçisini dəyişir
# 22 fevral 2021 09:24 (UTC +04:00)

İtaliyanın “Kalyari” klubunda baş məşqçi dəyişikliyi olacaq.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi bu gün Eusebio Di Françeskonun istefasını açıqlayacaq.

Onu bu postda Leonardo Sampliçi əvəzləyəcək.

O, əvvəllər “Spal”ın baş məşqçisi olub. “Kalyari” bu postdakı dəyişikliyi uğursuz nəticələr səbəbindən gerçəkləşdirəcək.

Komanda son 10 turda 9 məğlubiyyət alıb. Sardiniyalılar 23 turdan sonra turnir cədvəlində 18-cidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR