Karluş Keyruş Kolumbiya milli komandasından ayrılıb

Karluş Keyruş Kolumbiya milli komandasından ayrılıb
# 02 dekabr 2020 09:31 (UTC +04:00)

Kolumbiya milli komandası baş məşqçisi Karluş Keyruşla yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, bunu Cənubi Amerika ölkəsinin futbol federasiyası açıqlayıb.

Qurumla mütəxəssis qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Bununla da portuqaliyalı mütəxəssisin Kolumbiya yığmasındakı 2 illik fəaliyyəti başa çatıb.

Qeyd edək ki, 2019-cu il fevralın 7-də millinin sükanı arxasına keçən Keyroş komandanı 18 oyuna çıxarıb. Onun yetirmələri 9 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR