Kasimiro xərçəng xəstəliyinə görə karyerasını bitirib

Kasimiro xərçəng xəstəliyinə görə karyerasını bitirib
# 06 yanvar 2021 17:59 (UTC +04:00)

Portuqaliyanın “Braqa” klubunun futbolçusu Dioqo Kasimiro karyerasını bitirib.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Gənc oyunçunun 22 yaşında futboldan getməsinə səbəb onun ağır xəstəliyə düçar olmasıdır. Onkoloji xəstəlik olan limfa xərçəngi diaqnozu qoyulan Kasimiro bu addımı atmağa məcbur olub. Klub oyunçuya hər cür dəstəyi nümayiş etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, “Porto”nun yetirməsi olan Dioqo Kasimiro 2018-ci ildə “Braqa”nın ikinci komandasına keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR