"Keşlə" Azərbaycan millisinin futbolçusuna yeni müqavilə təklif edib

"Keşlə" Azərbaycan millisinin futbolçusuna yeni müqavilə təklif edib
# 13 aprel 2020 16:27 (UTC +04:00)

"Baş məşqçimə və klub prezidentinə söz vermişəm ki, birinci sizinlə danışıq aparacağam".

Bunu apasport.az saytına "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib.

25 yaşlı hücumameyilli futbolçu klubundan yeni müqavilə təklifi aldığını söyləyib. Milli komandamızın üzvü mövsümün sonuna qədər olan sözləşməsini uzadıb-uzatmayacağını hələ müəyyənləşdirmədiyini vurğulayıb: "Məni "Keşlə"yə baş məşqçi Tərlan Əhmədov dəvət etmişdi, ilk gündən də dəstək verir. Zaur Axundov isə bizim üçün prezidentdən də artıqdır. Komandaya çox köməyi dəyir, prezident olmaqla yanaşı, həm də yaxşı insandır. Yeni müqavilə ilə bağlı söhbətimiz olmuşdu. Sadəcə, koronavirus problemi araya girdi. Bu fasilə yaranmasaydı, komandada qalıb-qalmayacağım çoxdan müəyyənləşəcəkdi. Baş məşqçi və prezident mənə komandada önəmli futbolçu gözü ilə baxırlar. Yəqin ki, çempionat bərpa olunduqdan sonra görüşümüz olacaq".

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 20 matçın hamısında iştirak edən Vüsal İsgəndərli rəqib qapılarından 4 top keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR