“Keşlə” “Laçi” ilə avrokubok oyununun məkanı açıqlayıb

“Keşlə” “Laçi” ilə avrokubok oyununun məkanı açıqlayıb
# 11 avqust 2020 15:06 (UTC +04:00)

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsində “Laçi” ilə keçirəcəyi matçın məkanı dəyişməyəcək.

Bu barədə apasport.az saytına Bakı klubunun mətbuat xidmətinin rəhbəri Murad Axundov məlumat verib.

O bildirib ki, qarşılaşmanın neytral meydanda oynanılması müzakirə mövzusu deyil: “Laçi” ilə görüşün Bakıda baş tutacağını tam əminliklə deyə bilərik. Məkanla bağlı heç bir dəyişiklik olmayacaq. Komandamız “Laçi”ni avqustun 27-də “ASK Arena”da qəbul edəcək”.

Oyunun saat 21:00-da başlayacağı gözlənilir.

Qeyd edək ki, “Laçi”nin direktoru Naim Halili Albaniya mətbuatına açıqlamasında oyunun başqa ölkədə keçiriləcəyini istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR