"Keşlə" ilə Ruslan Qurbanov arasındakı borc məsələsinə aydınlıq gəlib - RƏSMİ MÜQAVİLƏ

"Keşlə" ilə Ruslan Qurbanov arasındakı borc məsələsinə aydınlıq gəlib - RƏSMİ MÜQAVİLƏ
  • Clock-gray 13:26
  • calendar-gray 13 İyul 2020

"Keşlə" klubunun yarımmüdafiəçi Ruslan Qurbanova borcunun məbləği müəyyənləşib.

Bu barədə apasport.az saytına futbolçu özü məlumat verib.

Qurbanovun redaksiyamıza təqdim etdiyi rəsmi müqavilədə bununla bağlı bənd yerləşdirilib. Həmin bənddə vurğulanıb ki, komanda Premyer Liqanın qalibi olarsa, 5000 manat, kuboku qazanarsa 5000 manat, avrokuboklara vəsiqə əldə edərsə 5000 manat məbləğində mükafat ödəməlidir. Milli komandamızın üzvü "Keşlə" rəhbərliyinin məhz Avropa Liqasına vəsiqə üçün verməli olduğu 5000 manatlıq mükafatı ödəməkdən imtina etdiyini söyləyib.

​​​​​​​

Qurbanov klubun ona bununla bağlı başqa sənəd təqdim etdiyini də sözlərinə əlavə edib: "Qələbə qazandığımız oyunlara görə ödədikləri mükafatları sənədləşdirib göndəriblər. Halbuki həmin mükafatı bütün oyunçulara verirlər. Bunun isə rəsmi müqavilədəki bəndə heç bir aidiyyəti yoxdur".

Məsələ ilə bağlı "Keşlə" tərəfi də mövqeyini bildirib. Paytaxt klubu saytımıza açıqlamasında Ruslan Qurbanova borclarının qalmadığını vurğulayıb: "Ruslan Qurbanov bununla bağlı kluba müraciət etdi. Ancaq biz ona çatacaq bütün məbləği artıqlaması ilə ödəmişik. Bu futbolçu qarşısında heç bir öhdəliyimiz qalmayıb".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən erkən başa çatdırılan Premyer Liqada 3-cü yeri tutan "Keşlə" Avropa Liqasına vəsiqə qazanıb. Ruslan Qurbanov isə keçirdiyi 16 oyunda 2 qola imza atıb.

ApaSport

Digər xəbərlər