Koronavirus pandemiyası daha bir avrokubok matçının keçirilməsinə çətinlik yaradıb

Koronavirus pandemiyası daha bir avrokubok matçının keçirilməsinə çətinlik yaradıb
# 05 fevral 2021 15:26 (UTC +04:00)

Koronavirus pandemiyası avrokubokların daha bir oyununun keçirilməsinə çətinlik yaradıb.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının 1/16 final mərhələsinin “Volfsberger” – “Tottenhem” matçının təşkili sual altına düşüb.

Buna səbəb Avstriya hökumətinin qərarıdır. Koronavirusun Britaniya variantının qeydə alındığı ölkələrdən gələnlərin Avstriyaya girişinə qadağa qoyulub.

Fevralın 17-dəki görüşün başqa ölkədə keçirilməsi gündəmə gəlib. Avstriya klubunun rəhbərliyi ev oyunu üçün Rusiya və Macarıstan variantlarını nəzərdən keçirir. Matçın Rusiya paytaxtı Moskvada baş tutması ehtimal edilir.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leypsiq” – “Liverpul” görüşü də analoji səbəbdən başqa ölkədə keçirilə bilər. İngiltərə klubunun Almaniyaya buraxılmaması üzündən matçın Macarıstanda təşkili gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR