Koronavirus pandemiyası səbəbindən İngiltərə Premyer Liqasının əsasnaməsində dəyişikliklər ediləcək

Koronavirus pandemiyası səbəbindən İngiltərə Premyer Liqasının əsasnaməsində dəyişikliklər ediləcək
# 29 sentyabr 2020 10:07 (UTC +04:00)

Bu gün İngiltərə Premyer Liqası klublarının iclası keçiriləcək.

Apasport.az saytının məlumatına görə, toplantıda mövsümün koronavirus pandemiyası üzündən yarımçıq qalmaq ehtimalı müzakirə olunacaq.

Klublar iki variantı nəzərdən keçirəcək. Çempionatın dayandırılması vaxtına qədər mövsümün 2/3 və ya 3/4 hissəsi oynanılmış olarsa, yarış vaxtından əvvəl başa çatmış hesab ediləcək. Əks halda, Premyer Liqa baş tutmamış sayılacaq.

Bu iki variant arasında seçim edildikdən sonra əsasnaməyə zəruri dəyişikliklər ediləcək.

Qeyd edək ki, Premyer Liqanın ötən mövsümü 29 turdan sonra martda dayandırılıb və iyun-iyul aylarında başa çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR