Koronavirus səbəbindən İsveçrə - Ukrayna matçı ləğv olunub

Koronavirus səbəbindən İsveçrə - Ukrayna matçı ləğv olunub
# 17 noyabr 2020 17:47 (UTC +04:00)

Millətlər Liqasında daha bir oyun ləğv edilib.

Apasport.az saytının məlumatına görə, VI turun İsveçrə - Ukrayna matçı baş tutmayacaq.

Bunu Ukrayna Futbol Assosiasiyası açıqlayıb. Görüşün ləğvinə koronavirus pandemiyası səbəb olub. Qonaq komandanın 6 futbolçusunun yoluxması üzündən görüş keçirilməyəcək.

İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə milli komanda tam heyətdə karantinə alınıb. UEFA və İsveçrə Futbol Assosiasiyası matçın təşkilinə hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib. Ləğv edilən görüşün taleyi ilə bağlı qərarı UEFA verəcək.

Qeyd edək ki, iki gün öncə Rumıniya –Norveç matçı da ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR