Kosta-rikalı hücumçu Azərbaycandan təklif alıb

Kosta-rikalı hücumçu Azərbaycandan təklif alıb
  • Clock-gray 12:17
  • calendar-gray 14 Dekabr 2019

Kosta-Rikanın "Qvadelupe" klubunun hücumçusu Frank Zamora karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu "Qvadelupe"nin idman meneceri Robert Qarbanzo deyib.

O bildirib ki, 28 yaşlı forvard qış fasiləsində komandanı tərk edəcək. Qarbanzonun sözlərinə görə, Zamoranın Azərbaycana yollanmaq ehtimalı daha çoxdur: "Futbolçunun legioner həyatı yaşamaq şansı yüksəkdir. Kosta-Rikadan heç bir komandadan təklif almayıb. Həmçinin, bizim də onu yerli klublardan birinə göndərmək fikrimiz yoxdur. Ölkə xaricindən iki təklifimiz var. Biri Azərbaycan klubudur, digəri isə Asiyada çıxış edir. Yaxın günlərdə daha ətraflı məlumat verə biləcəyik. Hələlik ən real təklif Azərbaycandandır".

Qeyd edək ki, Frank Zamora karyerası ərzində yalnız Kosta-Rika klublarında çıxış edib. Forvardın "Qvadelupe" ilə müqavilə müddəti gələn ilin dekabrına qədərdir.

ApaSport

Digər xəbərlər